Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI AZƏRBAYCANIN QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR

2/2

  •         Dünyada insanın yarandığı ilk
    mәskәnlәrdәn biri olan və әsrlәr boyu tәkcә Azərbaycanın deyil, bütün
    Zaqafqaziyanın iqtisadi, siyasi və mәdәni həyatında mühüm rol oynamış Qarabağın
    olduqca zəngin bir keçmişi vardır.

    Dәfәlәrlә yadelli işğalçıların
    ardı-arası kәsilmәyәn hücum­larına sinә gәrmiş qәdim Qarabağ əhalisi nəinki öz
    varlığını qoruyub saxlamış, hәmçinin xalqımızın çoxәsirlik tarixini özündə əks
    etdirən zəngin maddi-mәdәniyyәt abidәlәri yaratmış və onu indiyə kimi qoruyub
    saxlamışdır. Öz tarixinin və abidәlәrinin zənginliyi ilə şöh­rət tapmış
    Qarabağın keçmişi bir çox məşhur dünya şərqşünaslarının, o cümlәdәn Amerika,
    İngiltәrә, Fransa, Almaniya və digər ölkə alimlərinin diqqətini cəlb etmişdir.
    Onlar bu zəngin diyarın iqtisadi, siyasi və mәdәni həyatına aid maraqlı
    mülahizәlәr söylәmişlәr. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbay­canın
    digər bölgələrindən fərqli olaraq, Qarabağın özünün xüsusi tarixşünaslıq
    әnәnәlәri möv­cud olmuşdur. Onun tarixini özündə əks etdirən çoxlu zәngin
    ədəbiyyat silsiləsi vardır.

    Qeyd
    edək ki, Xocalı olduqca əhəmiyyətli coğrafi şəraitdə - Yuxarı Qara­bağın dağlıq
    hissəsində, Şuşa şəhərindən 18
    km, Xan­kəndidən 12 km Şimal-Şərqdə, üç çayın – Qarqar, Xocalı
    və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun üstündə, Xan­kən­di və
    Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən dairəvi əhatə olunmuş
    Qarabağ dağ (Kiçik Qafqazın
    Kirs və Qırxqız dağları) silsiləsində yerləşir. Qırxqız dağından hündürlüyü 2827 m) Ağdama, Xankəndidən
    Bozdağa, Meydan­dan (Qırxqız ətəklərindən) Kətiyə qədər geniş, münbit torpaq və
    otlaq sahələri xocalıların
    ulu baba­larının yurd yerləri olub. Olduqca gözəl təbii və coğrafi şəraiti – bol sulu çaylarının, buz
    bulaqlarının, əkin üçün yararlı münbit torpaq sahələrinin, maldarlıq üçün otlaq
    sahələrinin (qışlaq və yaylaq), zəngin flora və faunasının, bir sözlə, həyat
    üçün lazım olan bütün təbii şəraitinin olması Xocalı ərazisində qədimdən ulu
    əcdad­la­rımızın məskən salmasına səbəb olmuş, minilliklər boyunca bu ərazidə yaşamışlar. Xocalı ərazisində tapılan, qədim türk soylarına (tayfalarına) məxsus
    olan tarix və mədəniyyət abidələri buna parlaq misaldır. Xocalı
    abidələr kompleksi bizə ulu əcdad­larımızdan, babaları­mızdan miras qalmış
    yadigardır. Bu abidələr qədim ulu tariximizin canlı nümunə­ləridir. Xocalı abidələr kompleksinə əsasən bunlar
    daxildir: son tunc, erkən dəmir dövrünə (eramızdan əvvəl XIV-XIII əsrdən,
    e.ə.VIII-VII əsrə kimi) aid edilən 5 adda 11 nəhəng kurqan (ən böyüyü Haçatəpə
    kurqanı), torpaq və daş kurqanlar, irili xırdalı böyük əraziləri tutan nisbətən
    yastı torpaq kurqanlar (Üzərlik təpə, Xoruz təpə, Göyərçin təpəsi, Tülkü təpə,
    Kərbəlayı Abış qa­yası,
    Cəfər təpəsi, Sarı
    qaya, Çınqıl təpə və s.). Bu kurqanlar ərazidə yaşa­yan qədim türk
    tayfalarının əli ilə bünövrə tutaraq yüzilliklər boyunca salınan möhtəşəm
    abidələrdir.

    Son illərdə AMEA A.A.Bakıxanov
    adına Tarix İnstitutu­nun əməkdaşları tərəfindən Qarabağın o cümlədən qədim
    tarixə malik Xocalının tarixinin öyrənil­məsi sahəsində xeyli işlər görülmüş və
    hal-hazırda da bu sahədə işlər davam etdirilir.

    Oxuculara təqdim olunan bu
    fəsildə də məqsəd məhz həmin tədqiqatların nәticәlәri ilə qismən də olsa onları
    tanış etməkdir.

    Әlbәttә, kiçik bir fəsildə
    Qarabağın o cümlədən onun bir hissəsi olan Xocalının keçmiş tarixinin
    hәrtәrәfli işıqlandırılması qeyri-mümkündür. Bizim başlıca məqsədimiz bu zəngin
    diyarın keçmişinə qısa ekskurs vermәklә, geniş oxucu diqqətini cəlb etməkdir.

    Qarabağın qədim yaşayış
    məskənlərindən biri də Xocalıdır. Xocalı öz abidәlәrinin növləri, onların
    xarakterik xüsusiyyәtlәri və maddi-mәdәniyyәt qalıqlarının zənginliyi etibarilə
    hәlә keçən әsrdәn dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidәlәrlә
    alman arxeo­loqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingi­lis F.Bayer, fransız
    A.Berje vә başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkә­lәrinә
    apararaq ayrı-ayrı muzeyləri zәnginləşdirmişlər.

    Xocalı
    ərazisində - Qarqar çayının sol sahilində Fərəcanlı ad­lanan böyük bir sahədə,
    tarixi mənbələrə əsasən çox qədimdə möv­ud olmuş, lakin naməlum səbəbdən bataraq, torpaq altında
    qalmış Fərəcan şəhəri olmuşdur (Laçın rayonunda da Fərəcan adlı kənd var).
    Bundan başqa, Xocalı və İlis çaylarının arasındakı üçbucaqda, Yerli Xocalıdan
    1-2 km
    yuxarıda çox böyük bir ərazini tutan Üzərliktəpə kurqanı yerləşir. Xocalı
    ərazisində babalarımızın və onların ata babalarının tanıdığı və yaşayıb
    yaratdıqları kənd, Xoca­lıdan 10-12
    km şimal-qərbdə Sarı Qaya adlanan nəhəng kurqanın və
    İlis çayının sağ sahilində yerləşən Qədim Xocalı – Qışlaq adlanan kənd olmuşdur.
    Bu kənd Xocalıda tanıdığımız ən qədim kənd idi. Kəndin yaxın­lığında ulu
    əcdadlarımızın, dədə-babalarımızın uyu­duğu, yaşı 3500-4000 il olan (Ağdamdakı
    qədim Qarağacı qəbiris­tanlığı ilə həmyaşıd) qədim qəbiristanlıq mövcud
    olmuşdur. Burada daşdan yonulmuş yazısız abidələr – qoç, öküz, bayquş, yəhər,
    nəhrə və digər şəkilli abidələr də olmuşdur. (Bu abidələr ermə­nilər tərə­findən
    oğurlanmış, məhv edilmişdir). Kənd əhalisinin adı Qarabağ xanən­dələrinin və
    şairlərinin dilindən heç zaman düşməyən, ilin bütün fəsillərində başı qarla
    örtülü olan Qırxqız dağının ətəklərində “Meydan” adlanan, böyük bir ərazini
    tutan yaylaq yerləri var idi. Kənd əhalisi mal-qarasını, qoyun sürü­lərini yay
    aylarında yaylaqda – Meydanda bəsləyər, payız, qış mövsümünü isə Qışlaqda
    keçirərdi. Meydanda hər bir Qışlaq (Qədim Xocalı) ailəsinin öz yurd yeri – yaylaq yeri
    var idi. Belə­liklə, Qədim Xocalı kəndi – Qışlaq kəndi
    (bəzən babalarımızın dilində “Qışdaqlar” və ya “Qışlaqlar” kimi söylənilən)
    sonralar – ermənilərin XIX əsrin əvvəllərində Qarabağa kö­çün­dən sonra əsasən
    ermənilərin məskunlaşdığı Daşbulaq kən­dinin yaxın­lığından İlis çayının
    mənbəyinə doğru, Sarıqaya Kur­qanının sağ yamaclarına qədər geniş bir ərazidə
    yerləşirdi.

    Xocalı ərazisində son Tunc və
    ilk Dəmir dövrünə (e.ə. XIII-VII əsrlər) aid arxeoloji abidə olan “Xocalı
    qəbiristanlığı” aşkar edil­mişdir. XIX əsrin sonunda təqdim olunmuş bu abidə,
    daş qutu və Kurqanlarından ibarətdir. Tədqiqatlar nəticə-sində Xocalı qəbiris­tanlığında
    dövr etibarilə biri-digərini əvəz edən beş tip kurqanlar müəyyənləşdirilmişdir.
    Həmin Kurqanlarda müxtəlif tipli saxsı qab­lar, silahlar (qılınc, xəncər, nizə
    və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və
    digər materiallardan hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at
    əsləhləri aşkar edilmişdir. Xocalı Kurqanlarından tapılmış əqiq muncuğun
    üstündə Assuriya çarı Adadnirariyə aid mixi yazısı, o cümlədən şirli saxsı
    qablar, pasta və şüşədən muncuqlar, qızıldan bəzək əşyaları, silindirik möhür
    və s. yerli əhalinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini
    göstərir.

    Azərbaycan alimləri tәrәfindәn
    Xocalı abidәlәrinin tәdqi­qinә 1920-ci illәrdә başlanmışdır. Burada ilkin
    tədqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ә.Әlәkbәrov Xocalı abidәlәri
    kom­pleksini Azərbaycan abidәlәri haqqında tәsәvvür әldә etmək üçün açar
    adlandırmışdır.

    Әsasәn eramızdan әvvәl
    XVII-XIII әsrlәri әhatә edәn Xocalı abidәlәri kompleksi yaşayış yerlәrindәn,
    daş qutu qәbir­lәri, müxtəlif tipli kurqanlardan, siklop tikililәr,
    kromlexlәrdәn vә menhirlәrdәn ibarәtdir.

    Xocalı abidələr kompleksinə
    aid yaşayış yerləri, bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafi cәhәtdәn
    əlverişli yerlәr­dә, xüsusilә strateji cәhәtdәn müdafiəsi qismən asan olan
    tәpәlәr üzә­rindә salınırdı. Yaşayış yerlәrindә evlər әksәr hallarda yarım­qazma
    halında olub, yuxarı hissәsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu
    ilә tikilirdi. Evlәrin әksәriyyәti çoxgözlü olub, bütün tayfa üzvlәrinә aid
    hesab edilirdi. Arxeoloji qazın­tılar nәticәsindә müәyyәn edilmişdir ki, çox
    vaxt tayfa evləri uzunsov olub, düz­bucaqlı formada inşa edilmişdir. Bәzәn
    uzunluğu 17-18 metr, eni isә 8-10 metr olan bu cür evlәr xüsusi arakәsmәlәr
    vasitəsi ilә bir neçə hissәyә bölünmüşdür. Evin divarlarında xüsusi baca yerlәri
    düzəl­dilirdi. Onun içәrisindә ərzaq saxlamaq üçün ya quyu qazılırdı, yaxud da
    iri tәsәrrüfat küpləri basdırılırdı. Tunc dövrünün sonu vә Dәmir dövrünün
    әvvәllәrindә, yəni eradan әvvәl II minilliyin so­nunda artıq bu cür evlərin
    döşәmә vә divarları xüsusi ağ maddәlәrlә suvanır vә böyük ailә evlәri kiçik
    ailә evlәri ilә әvәz olunur. Xocalı qəbiristanlığında şirli gil mücrü, qızıldan
    şir başı, yastı balta təbə­rizin, tunc quş fiquru, şirli cam, sərnic formalı
    gil qab, saxsı kuzə və digər nadir maddi-mədəniyyət nümunələri aşkar edil­mişdir.

    Bəhs olunan dövrdə Xocalıda
    möhrәdәn hörülmüş evlәrә və formaca dairəvi olan yarımqazma evlәrә dә təsadüf
    edil­mişdir. Bütün bunlar primitiv şәkildә dә olsa yerli əhalinin müxtəlif
    tikinti texni­kasına malik olmasını parlaq surәtdә sübut edir.

    Xocalı-Gәdәbәy mәdәniyyәtinә
    aid abidәlәrin böyük bir qismini dә siklop tikililәri tәşkil edir. Әsasәn
    yüksәk tәpәlәrdә vә alçaq dağ­larda bina edilmiş bu abidәlәr yerli әhali
    tәrәfindәn “Qalaça”, “Örtük daşı”, “Hasar”, “Düzülü daş” vә s. adlanırdı.
    Siklop tikililәrinin xara­k­terik cәhәti ondan ibarәtdir ki, bu abidәlәr
    yonulmamış iri daş­lardan, suvaqsız olaraq, müәyyәn bir plana riayәt olunmadan
    tikil­mişdir. Bu tikililәr bәzәn iki vә hәtta üç qat divarlarla әhatә olu­nurdu.
    Hәr bir divarın arasındakı mәsafә 5-10 m-ә qәdәr olur. Siklop tikililәrindә
    qapı yerlәri üç sal daşdan düzәldilib, üstündәn isә hörgü davam etdirilmişdir.
    Siklop tikililәrini tәdqiq etmiş alimlәr onların nә vaxt meydana gәlmәsi vә nә
    mәqsәdlә bina edilmәsi üzәrindә xeyli mübahisә etmişlәr. Mәlum olmuşdur ki, bu
    abidәlәr әsasәn, eradan әvvәl II minillikdә vә I minilliyin әvvәllәrindә mövcud
    olmuşdur. Onların dövrü müәyyәn edilsə də onların vəzifəsi, yәni nә mәqsәdlә
    tikilmәsi hәlә dә mübahisəlidir. Bəzi alimlər onların daimi yaşayış yeri və
    böyük ticarət yolları üzərində müdafiə məntəqələri, bəziləri siklopların böyük
    bir qismini müqəddəs yer olub, ibadətgah məqsədilə buna edildiyini, bəziləri
    bağ-bostan yeri olduğunu, daha başqaları isə bu tikililəri köçərilərin mal-qara
    saxlamaq üçün inşa etdiklərini söyləyirlər. Lakin son tədqiqatların
    nəticələrindən aydın olmuşdur ki, bütün Kiçik

    Qafqaz dağlarının köç yolları
    kənarında inşa edilmiş siklon tikililərinin heç dә hamısı eyni mәqsәd
    güdməmişdir vә başlıca ola­raq üç mәqsәd daşımışdır: 1) iri ticarət yolları
    üzәrindә bu yolları müdafiә etmәk mәqsәdilә; 2) düşmәn hücumları zamanı әhalini
    mü­vәq­qәti mühafizә etmәk mәqsәdilә; 3) müqәddәs yerlәri әbәdi­lәş­dirmәk
    məqsәdilә bina edilmişlәr. Onların bir çoxu sonralar yaşayış mәskәni kimi vә
    yaxud da köçәrilәrin öz mal-qarasını saxlamaq üçün istifadə edilmişdir.

    Onu da qeyd edək ki,
    Xocalı-Gәdәbәy mәdәniyyәti – Azərbay­canda Qafqa­zın dağ və dağətəyi
    rayonlarında, Kür-Araz çayları arasında, Şərqi Gürcüstanda son Tunc və ilk Dəmir
    dövrlərinə (e.ə. XIII-VII əsrlər) aid arxeoloji mədəniyyət nümu­nəsidir.
    Xocalı-Gәdә­bәy mәdәniyyәti Xocalı yaxınlığında Gədə­bəy rayonun­da ilk dəfə
    tədqiq olunmuş abidələrin adı ilə adlan­dırılmışdır. Xocalı-Gәdәbәy
    mәdәniyyәtinin abidələri yaşayış yerləri, emalatxanalar, qəbirlər,
    ibadətgahlardan ibarətdir.

    Xocalı-Gәdәbәy mәdәniyyәti
    sakinlәrinin hәyat tәrzini vә mә­dәni inkişaf sәviyyәsini öyrәnmәk üçün həmin
    mәdәniyyәtә mәxsus qәbir abddәlәri vә qәbirlәrdәn toplanmış maddi mәdә­niyyət
    qalıqları böyük әhәmiyyәt kəsb edir. Arxeoloji tədqiqat­lardan aydın olmuşdur
    ki, bu mәdәniyyәt sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların
    da böyük bir qrupunu kurqan qәbirlәri təşkil edir.

    Qarabağ düzlərinin bir növ
    təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu vә müxtəlif tərkibli hündür
    tәpәlәrdәn ibarət olub, vaxtilə süni surətdə qәbirlәrin üstünə tökülmüşdür.
    Kurqanlar bәzәn sadәcә olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə
    daşla torpağın qarışığından tökülmüşdür.

    Kurqanların özlәri müxtәlif
    olduğu kimi, onların altındakı qәbirlәr dә müxtəlif olmuşdur. Ölünü dәfn etmәk
    üçün bәzәn kur­qanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bәzәn isə
    daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qa­zın­tılar nә­ti­cәsindә
    müәyyәn edilmişdir ki 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti
    olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü
    yandıraraq dəfn etmək. Hər iki halda kur­qanlar həm ailəvi, həm də tək-tək
    şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən 50-dən çox skelet
    aşkara çıxarılmışdır.

    Xocalı-Gәdәbәy mәdәniyyәtinin
    yayıldığı ərazidə misәrit­mә kürәlәri (Mingəçevir), mis və tunc məmulatları
    hazırlayan emalat­xana (Topal Hәsәnli) qalıqları, çaxmaqdaşıdan alәt və
    silahların istehsal tullantıları (Gillikdağ) aşkar edilmişdir. Yaşayış yerləri
    hasarlı (Xaçbulaq) vә hasarsız (Mingəçevir) bina və tikililəri әsasәn, dördkünc
    yarımqazmadan (yerüstü divarlar, daş, qamış, gildən) iba­rәtdir. Torpaq, daş
    qutu qәbirlәr vә kurqanlarda ölülər bükülü, uza­dılmış, oturdulmuş (bәzәn yan­dırılmış)
    vәziyyәtdә dəfn edilmişdir. Yoxsul vә varlı qәbirlәrin keramikası eynidir.
    Varlıların qәbirinә qiymətli silahlar, bəzək əşyaları qoyulmuş, öküz, qoyun,
    zəngin bəzə­dilmiş at, dəvə, qadın, döyüşçü, qul da basdırılmışdır (Goran­boy,
    Qarabağ, Füzu­li, Mingəçevir). Qəbirlərdən tunc qılınc, təbərzin, xəncər,
    toppuz, ox, yaba, nizə ucluğu, qazan, bardaq, cilov, kəmər dəsti, ov və
    mifoloji səhnə bəzəkləri, bilərzik, üzük, əqiq vә sü­mükdən bәzәk əşyaları
    (muncuq, asma, sırğa vә s.), dulus çarxında gildən (piyalə, bardaq, sərnic,
    nehrə, süzgəc vә s.), daşdan (vaza, qulplu bardaq, qapaqlı daş qab) müxtəlif
    məmulatlar aşkar edil­mişdir. Şirəli qara qablar, ov sәhnәsi, heyvan vә səma
    cisim­lərinin tәsvirlәri vә s. ilә bәzәdilmişdir. Maddi-mədəniyyət nü­mu­nələri
    sübut edir ki, Xocalı-Gədəbəy mədəniyyətinin son dövründə dəmir alət vә
    silahlar (nizə, bıçaq, xәncәr vә s.), möhkәmlәndirilmiş yaşa­yış yerlәri
    meydana gәlmişdir. Әhali әkinçilik, maldarlıq, həmçinin bağçılıq, üzümçülük,
    ovçuluq, balıq ovu, sәnәtkarlıq vә s. ilə məşğul olurdu. Metallurgiya da
    inkişaf etmişdi. Təsviri sәnәt materialları (gil vә tunc fiqurlar, qab,
    kәmәrlәr üzərində cızılmış təsvirlər və s.) əhalinin dini və estetik
    görüşlərini əks etdirir. Yerli əhali qonşu tay­falarla әlaqә saxlamışdır.
    Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin Qafqazın müasir xalqlarının uzaq
    əcdadları olmasını güman etmәyә əsas var.

    Onu da qeyd edək ki,
    ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürmәmişdir vә alimlәrin ehtimalına görə
    bu adət, qalıqları indi dә dünyanın bir çox xalqları arasında mövcud olan
    müqәddәs od ayini ilə әlaqәdar idi. Lakin istər ölü yandırmaq, istәrsә də ölünü
    olduğu kimi dəfn etmə adәtindә kurqan qәbirlәri üçün xarakterik olan ümumi bir
    әlamәt vardır. Bu әlamәt həmin qәbirlәrdә dəfn olu­nan adamın axirət dünyaya
    böyük var-dövlәtlә yola salınması idi. Azərbaycanın hər yerində olduğu kimi
    Qarabağ sakinlərinin dә qәdim dini әqidәsinә görə guya ölən adam ölmür, o,
    yalnız dünyasını dәyişir. Daha doğrusu müvәqqәti olaraq bu dünyanı tərk edib,
    әbәdi axirət dünyasına gedir. Ona görə də ölən şəxsi axirət dünya üçün hər
    şeylə: mal-qara, ev avadanlığı, bәzәk şeylәri, şәxsi geyim, silah vә başqa
    qiymətli әşyalarla tәmin edib, bu şeylәri onun qәbrinә qoyurdular, hәtta bәzәn
    elә olurdu ki, ölən adamın әzizlәrindәn birini dә öldürüb onun yanında dəfn edirdilər.
    Sinifli tәbә­qәlәşmә dövründə isə iri qәbilә başçıları öldükdə onun xid­mәtçilәrindәn
    bir-iki nәfәrini ölən adamla birlikdә dәfn edirdilәr ki, axirәt dünyasında da ona
    xidmәt etsinlәr. Belәliklә, hәr bir kurqan özü ayrılıqda bir xәzinәni
    xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mәdәniyyәt
    qalıqları yerli әhalinin ibtidai dini ideologiyasını, onun tәsәrrüfat hәyatını,
    hәrbi lәvazimatını, incәsәnәtini, mәişәtini vә bir sıra başqa sahәlәrini
    öyrәnmәk üçün böyük әhəmiyyәt kәsb edir.

    Xocalı kurqanlarının tədqiqi
    nәticәsindә məlum olmuşdur ki, bəhs etdiyimiz dövrdə Qarabağın sakinlərinin
    həyatında sənətkar­lığın iki böyük sahəsi mühüm yer tutmuşdur. Onlardan biri
    dulus­çuluq, digəri isə metal işlәmә sәnәtidir.

    Ümumiyyәtlә, bәşәr tarixinin
    Tunc dövründə demək olar ki, mәişәtin bütün sahәlәrindә, әsasәn, gil qablardan
    istifadә edilirdi. Gildən tәsәrrüfat qabları, bәzәk əşyaları, uşaq oyun­caqları
    vә digər sahәlәrdә istifadә etmәk üçün olduqca müxtәlif әşyalar hazırlanırdı.
    Xocalıdan toplanmış, külli miqdarda gil qablar kolleksiyası sübut edir ki,
    Qarabağ dulusçuları bu sәnәt sahәsindә çox yüksәk inkişaf pillәsinә
    qalxmışdılar. Onlar hazırlayacaqları qablar üçün xüsusi, yararlı gil mәdәnlәri
    aşkar etmiş vә bәşәr tarixindә ilk texniki tәrәqqi üsullarından biri olan ayaq
    çarxının sirlәrinә dәrindәn bәlәd olmuş­lar. Qarabağın dulusçu ustaları böyük
    mәharәtlә hazırladıqları gil qabları bişirmәk üçün dairәvi dulus kürәlәrindәn
    istifadә etmişlәr. Bir qayda olaraq dulusçular Tunc dövründә hazırladıqları gil
    qab­ların hamısının üzәrini cilalamış və onları qara rәngdә bişirmişlәr.
    Qabların bәdii tәrtibatına da ciddi fikir verilmişdir. Belə ki, әksәr qabların
    üzәrindә müxtәlif hәndәsi fiqurlar, nәbati tәsvirlәr cızıl­mışdır. Әn maraqlısı
    isә odur ki, qablar üzәrindәki xәtlәrin içәrisini xüsusi ağ maddә ilә
    doldurmuşlar. Bu da Qarabağ qablarının ən mü­hüm xüsusiyyətlәrindәn biridir.

    Xocalı-Gәdәbәy mәdәniyyәtinә
    məxsus gil qabların xüsusiyyәt­lәrindәn biri dә odur ki, dulusçu ustalar
    hazırladıqları әksәr qabların çiyni üzәrindә xüsusi göbәlәkvarı çıxıqlar
    düzәltmişlәr. Bu çıxıqlar hәmin qablara xüsusi gözәllik verir.

    Xocalıdakı kurqandan aşkar
    edilmiş bir әdәd gil qabın qulpu üzәrindә isә buğda dәnәlәri tәsvir edilmişdir.
    Alimlərin tədqiqatı nәticәsindә məlum olmuşdur ki, 3-4 min il bundan әvvәl
    Qarabağın sakinləri mәdәni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Yeri gәlmişkәn
    qeyd edək ki, Xocalıda qәdim bağçılığın inkişafını da sübut edәcәk xeyli maddi
    mәdәniyyәt qalıqları aşkar edilmişdir ki, bunların içәrisindә şaftalı, üzüm
    tumları vә s. әsas yer tutur.

    Xocalının qədim yeraltı
    mədəniyyət nümunələrinə əsasla­naraq düyə bilərik ki, Tunc dövründә Qarabağda
    inkişaf etmiş mühüm sәnәtkarlıq sahəlәrindәn biri dә metalişlәmә olmuşdur.
    Bütün Qaf­qazda mis ilə talayın qarışdırılmasından tunc metalın alınması sir­rlәrinә
    ilk dәfә bәlәd olanlardan biri dә Qarabağın qәdim sakin­lə­ridir. Bu möhkəm
    metaldan yerli əhali, әsasәn silahlar hazırlamışdır. Bәzәn isə ondan bәzәk
    əşyaları hazır­lanmasında da istifadə edil­mişdir. Tuncdan hazırlanmış qılınc­lar,
    xәncərlәr vә çoxlu ox ucları demək olar ki, Qarabağ abi­dәlәrindәn tapılan әn
    çox silah növlәridir.

    Qarabağ qılınclarının
    dәstəlәrinin baş hissәsi formasına görə digәrlәrindәn fәrqlәnir. Belə ki,
    Qarabağın qәdim qılınc­larının dәstә hissəsinin başında iki tәrәfli çıxıqları
    olur və həmin çıxıqlar qılıncın əsas hissәsinә doğru maili düzəldilir. Bu çıxıq­lar
    bәzәn zoomorf formada, bәzәn isə müxtəlif hәndәsi cizgilәrlә bәzәdilirdi.

    Xocalıda aşkar edilmiş maddi
    mədəniyyət nümunələrinə əsasən deyə bilərik ki, eramızdan әvvәl birinci
    minilliyin başlanğıcında Qara­bağın qәdim sakinlәri artıq dәmir istehsalının
    sirrlərinә bәlәd ol­muşdular.

    Xocalı abidәlәrinin
    öyrәnilmәsi nәticәsindә burada bütün Azər­baycan üçün yeganə olan iki mühüm tip
    abidə dә aşkar edilmişdir. Onlardan biri menhirlәrdir. Menhir ingilis sözü olub
    “uzun daş” deməkdir. Bu abidәlәrin əsas vәtәni Böyük Britani­yadır. Orada elә
    menhirlәr vardır ki, ağırlığı 50-60 tona yaxın olur. Xocalı menhirlәri isә
    nisbәtәn kiçikdirlәr. Menhir qәbilә quruluşu dövrünün məhsulu olub, ölәn adamın
    qәbiri üzәrindә dik basdırılmış bir növ heykәlә oxşar daşdır. Adәtәn belә
    daşları qәbilә başçılarının qәbirlәrinin üzәrindә qoyurdular. Qәdim dini
    әqidәyә görә, guya ölәn adamın ruhu bәdәni tәrk edir vә hәmin ruh daşa keçirdi.
    Daşa keçmiş ruh isә orada әbәdi yaşayırdı. Hәtta qәbilә başçısı ölәrkәn uzun
    müddәt qәbilə üzvlәri onun əvәzinә qәbilәyә başçı seçmirdilәr. Qәbilә
    başçılığını mәrhumun daşa keçmiş ruhu әvәz edәrdi. Hәtta, qәbilә üçün müәyyәn
    tәhlükәlәr baş verdikdә üzvlәr yığışıb menhirin (yәni qәbilә başçısının ruhu
    yaşayan daşın) yanına gәlәr vә orada müxtəlif dini ayinlər icra etmәklә guya
    qәbilәni yaranmış tәhlükәdәn xilas edәrmişlәr. Maraqlı burasıdır ki, ibtidai
    dini tәsәvvürlәrin qalığı olan həmin daşlardan biri son zamanlara kimi,
    dindarların ibadәt yerinә çevrilmişdir. Onlar, havalar quraqlıq vә ya hәd­dindәn
    artıq yağışlı keçdikdə hәmin daşın yanına gәlib ona ibadət edir, daşdan
    mәrhәmәt dilәyirdilәr. Bu ayinlәrin icrası zamanı həmin daşı yerә yıxıb yenidәn
    basdırır vә digәr әmәliyyatlar aparırmışlar.

    Xocalı abidәlәri içәrisindә
    nadir yadigarlardan biri də krom­lexlәrdir. Kromlex dairәvi düzülmüş bir neçə
    dik vә onların üzәrinә qoyulmuş bir әdәd köndәlәn daşdan ibarətdir. Yenә dә, ibtidai
    dini әqidәnin mәhdud olan bu abidә dindarlar arasında “axirәt evi” adlanır.
    Guya bu cür abidәlәr düzәltmәklә mәrhum üçün ev tikmiş olurdular. Bütün bu
    abidәlәr yerli əhalinin mәnәvi mәdәniyyәt tarixini öyrәnmәk üçün son dərəcə
    böyük elmi әhәmiyyәt kəsb edir.

    Nәhayәt, göstәrmәliyik ki,
    Azərbaycanda әn qәdim yazı da, məhz Qara­bağda aşkar edilmişdir. Belә ki,
    Xocalıda tədqiq olunan Kurqandan, üzәrindә mixi yazısı olan bir әdәd kiçik
    muncuq tapıl­mışdır. Akademik İ.İ.Meşşaninov müәyyәn etmiş­dir ki, bu mun­cuğun
    üzәrindә eramızdan әvvәl VIII әsrdә yaşamış Assuriya çarı Adadnirarinin adı
    yazılmışdır. Bu yazı tәkcә Qarabağın deyil, elәcә dә bütün Azәrbaycanın siyasi
    tarixinin öyrәnilmәsindә böyük әhә­miy­yәtә malikdir.

    Xocalı-Gәdәbәy arxeoloji
    mәdәniyyәtinә mәxsus abidələrә yekun vurarkәn qeyd etmәliyik ki, bu
    mәdәniyyәtin izi ilә mәşğul olan bir çox Qafqazşünas alimlər tәkcә Azərbaycanın
    deyil, ümu­miy­yәtlә Yaxın Şәrq ölkәlәrinin maddi mәdәniyyәt tarixi ilə
    әlaqәdar bir sıra problemlərin həlli üçün ondan geniş istifadә edirlәr. Bu
    problemlərdən biri, 3-4 min il bundan әvvәl Yaxın Şərq ölkәlәrinin bir-biri ilə
    mәdәni vә iqtisadi əlaqələrinin sәviyyәsini öyrәnmәkdir. Xocalı abidәlәri sübut
    edir ki, belə әlaqәlәr geniş olmuş vә müxtәlif etnik qruplar mehriban iqtisadi
    vә siyasi təmasda yaşamışlar.

    Xocalının gözəl təbiətə, əsrarəngiz gözəlliyə malik olan
    yer­lərindən biri də Kosalar kəndinin yerləşdiyi ərazidir. Bu ərazi soyuq
    bulaqları, zəngin meşələri, bol sulu çayları, başı qarlı dağları ilə məşhurdur.
    Kənd, Kiçik Qafqaz dağ silsiləsində yerləşir. Kəndin Qırxqız, Dəvəboynu, Ya Əli
    kimi adları ilə məşhur olan dağları vardır. Kosalar
    kəndi 700 illik tarixə malik olan qədim türk kəndidir. Ərazidəki “Balaqan”
    adlanan kurqanda qazıntılar zamanı gildən ha­zır­lanmış müxtəlif formalı
    küplər, misdən, gümüşdən hazırlanmış bəzək, zinət və məişət əşyaları, əmək
    alətləri, qəbir abidələri və s. aşkar edilmişdir. Bu ərazidə qədimdən yerli
    tayfalar (türklər) yaşa­mışlar. Kəndin adının onun ilk sakinlərindən biri Hacı
    Avazın – Kosa Avazın adı ilə bağlı olduğu söylənilir. Kənd Xankəndidən 8,
    Şuşadan 10 km.
    şimal-qərbdə, Xocalıdan isə 14
    km. cənub-qərbdə Qarabağ silsiləsindədir.

    Xocalının qədim
    tarixə malik olan Cəmilli kəndi Xankəndi şəhərinin 3 kilometrliyində, Qarabağ
    dağ silsiləsində yerləşir. Kən­din adı vaxtilə bu ərazinin sahibi olmuş Cəmil
    bəyin adından gö­türlüb. Cəmilli kəndi bir tərəfdən Xankəndi ilə, digər
    tərəflərdən isə Xənəzək, Ballıca və Kosalar kəndləri ilə həmsərhəd idi. Əhalisi
    əsasən heyvandarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, yaxın ol­duğundan
    Xankəndidə yerləşən sənaye obyektlərində də çalışır­dılar. Cəmilli kəndində
    “Darlı”, “Kürən”, “Zərgər tala”, “Qənşər daş”, “Xoruz təpə” və digər adlı yurd
    yerləri, “Keçiqalan qaya”, “Tu­maş daş”, “Ayrana qonan” adlı quş qonmaz böyük
    qayalıqlar olmuşdur.

    Kərkicahan Xocalının qədim kəndlərindəndir.
    Ərazidən top­lamış maddi-mədəniyyət nümunələri bunu sübut edir. Kərkicahanın üç
    böyük qəbiristanlığı olmuşdur. Qəsəbənin aşağı hissəsində yer­ləşən
    qəbiristanlıqda 1400-cü ildən bu günümüzə qədər qalan qə­birlər vardı. Tarixi
    araşdırmalar göstərir ki, Kərkicahan 1000 ildən artıq tarixə malikdir.
    Kərkicahan sözü əksər mənbələrdə “Dünyanın burnu” kimi izah edilir. Bu
    qəsəbənin Qırxqız yaylağında geniş otlaq sahələri, Xocavənd rayonunun
    ərazisində isə qış yataqları və əkin sahələri olmuşdur.

    Tәәssüf hissi ilә qeyd
    edilməlidir ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları
    Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc
    mәrhəlәsi olan “izi məhv etmək” kimi mənfur bir әmәlә əl atmış və bəşəriyyət
    üçün nadir abidәlәr toplusu olan Xocalı abidәlәrini dağıt­mışlar."Müqəddəs  Yurd: Xocalı" kitabından
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib58 dəfə
    XOCALI AZƏRBAYCANIN QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR

    Maraqlı gələ bilər
    54
    54